İnsanlara hürriyət, millətlərə istiqlal!

XİN Zelim Kotsoyevi TƏBRİK ETDİ

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) azərbaycanlı cüdoçu Zelim Kotsoyevi Parisdə keçirilən Olimpiya Oyunlarında qazandığı qələbə münasibətilə təbrik edib.

Musavat.com xəbər verir ki, XİN bununla bağlı “X” sosial şəbəkəsində paylaşım edib.

“Cüdo üzrə ikinci Olimpiya çempionumuz Zelim Kotsoyevi möhtəşəm nailiyyəti münasibətilə ürəkdən təbrik edirik! Azərbaycanın dövlət himninin sədaları altında üçrəngli bayrağımızı hər zaman fədakarlıqla ucaldan bütün idmançılarımızla fəxr edirik!” -  paylaşımda qeyd olunub.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Sentyabr 2024

19 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR