İnsanlara hürriyət, millətlərə istiqlal!

XİN: Beynəlxalq Ədalət Məhkəməsi Ermənistanın yalanlarının ifşasını davam etdirir

Beynəlxalq Ədalət Məhkəməsi Ermənistanın yalanlarını ifşa etməkdə davam edir.

“Report" xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidmət idarəsinin rəisi Ayxan Hacızadə tviterdəki hesabında yazıb.

O, vurğulayıb ki, Beynəlxalq Ədalət Məhkəməsinin qərarı bir daha Ermənistanın Azərbaycanı sərhədçilərini Laçın keçid məntəqəsindən və yoldan çıxarmağa vadar etmək tələbinin yekdilliklə rədd olunduğunu təsdiqləyir.

Qeyd edək ki, Beynəlxalq Ədalət Məhkəməsi Ermənistanın Azərbaycana qarşı iddiasını rədd edib. Bu barədə qərar Beynəlxalq Ədalət Məhkəməsinin saytında dərc olunub. Məhkəmə Ermənistanın 2023-cü il 22 fevral tarixli Qərarında dəyişiklik edilməsi barədə tələbini rədd edib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR