Onlayn ictimai-siyasi qəzet
Xəbər verdiyimiz kimi, Gəncədə XI sinif şagirdi Raul Rəhimov məktəbin önündə bıçaqlanaraq qətlə yetirilib.
Sosial şəbəkələrdə şagirdin sinif yoldaşı tərəfindən bıçaqlandığı iddia olunur.
Məsələ ilə bağlı Sfera.az Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə sorğu ünvanlayıb.
Agentlikdən bildirilib ki, yeniyetməni bıçaqlayan məktəb şagirdi deyil.
Qeyd edək ki, məsələ ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. Hazırda prokurorluq əməkdaşları tərəfindən hadisə yeri müayinə olunur və digər zəruri hərəkətlər yerinə yetirilir.
Fakta görə Gəncə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ