İnsanlara hürriyət, millətlərə istiqlal!

Timoşenko AÇIQLADI: “Müharibənin sonu yaxınlaşır” - VİDEO

Ukraynanın müxalif “Batkivşçina” partiyasının lideri və keçmiş baş naziri Yuliya Timoşenko (2007–2010) hesab edir ki, Rusiya-Ukrayna müharibəsi yaxın zamanda başa çatacaq.

Musavat.com xəbər verir ki, bu barədə o, “Ukrayna Radiosu”nda açıqlama verib.

“Müharibənin sonunun yaxınlaşdığına dair müəyyən məlumatlardan xəbərim var. Biz hamımız buna ümid edirik və hamımız buna doğru çalışırıq”, - deyə Timoşenko bildirib.

O, hansı məlumatı nəzərdə tutduğunu dəqiqləşdirməyib.

Bu ilin aprel ayında Timoşenko iddia edib ki, Ukraynada müharibə may ayının sonunadək başa çatacaq və bundan sonra ölkədə “hakimiyyətin yenidən qurulması” prosesi başlayacaq.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR