İnsanlara hürriyət, millətlərə istiqlal!

Xəzərin səviyyəsi düşüb, Aktauda suqəbuledici kanal donub

Xəzərdə suyun səviyyəsinin azalması MAEK MMC-nin işinə mənfi təsir göstərə bilər.

Musavat.com Qazaxıstan mediasına istinadla xəbər verir ki, bu barədə müəssisədən məlumat verilib.

Su kanalının donması Xəzər dənizində suyun səviyyəsinin azalması ilə bağlıdır. Yanvarın 14-də İES-1 və İES-2-nin suqəbuledici kanallarında suyun səviyyəsində azalma qeydə alınıb. Bu günə kimi “MAEK” MMC tərəfindən müəssisənin normal fəaliyyətini təmin etmək üçün bir sıra əməliyyat tədbirləri həyata keçirilib.

Dünən, yanvarın 16-da elektrik stansiyasının işçiləri Mangistau Fövqəladə Hallar Departamenti və Aktau şəhərinin əlaqədar strukturları ilə birlikdə İES-in suqəbuledici kanalının istiləşməsi üçün tədbirlər görürlər. İsti suyun verilməsinə 11 sudaşıyıcı və üç ədəd yanğınsöndürmə texnikası cəlb olunub.

“Mövcud vəziyyətin əsas səbəbi Xəzər dənizinin səviyyəsinin aşağı düşməsidir. Suyun azaldılmasının kritik səviyyəsi elektrik avadanlıqlarının texnoloji proseslərinə ciddi təsir göstərə bilər. Manqistau Enerji Zavodunun istehsal etdiyi bütün növ enerji daşıyıcıları, o cümlədən duzsuzlaşdırma kompleksi risk altındadır.

Bu günə kimi biz texnoloji avadanlıqların məhdudlaşdırılması ilə bağlı operativ işlər aparırr, müəssisənin normal fəaliyyətini təmin etmək üçün bütün tədbirləri görürük. Bu gün görülən birgə işlər sayəsində səhər saatlarında 0,5 metr olsa da, kanalda suyun səviyyəsi iki metrə qədər qalxıb”, - “MAEK” MMC-nin Təmir və İstismar Departamentinin direktoru Aleksey Smolenski bildirib.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR