İnsanlara hürriyət, millətlərə istiqlal!

Xersonda daha bir dəhşətli hadisə üzə çıxdı

Rusiya ordusu ilə əməkdaşlıqdan imtina edən Xerson Musiqili Dram Teatrının dirijoru Yuri Kerpatenko qətlə yetirilib.

Musavat.com xəbər verir ki, bu barədə Britaniyanın “The Times” qəzeti məlumat yayıb.

Qəzetin jurnalistləri hadisənin birbaşa şahidlərini tapıb, onlardan təfərrüatları öyrəniblər.

Qonşuların dediyinə görə, sentyabrın 28-də səhər saat 7-də Rusiya ordusuna mənsub, hərbi geyimli 6 nəfər Kerpatenkonun mənzilinə gələrək ondan qapını açmağı tələb ediblər. Dirijorun qonşularından biri, 75 yaşlı təqaüdçü səs eşidib və mənzilindən çölə baxıb. Buna cavab olaraq hərbçilər qapını bağlamağı, əvəzində ona toxunmayacaqlarını deyiblər. Tezliklə qonşu güllə səsini eşidib və bir müddət sonra qapını açarkən Kerpatenkonun mənzilinin yanında qan içində yerdə uzanmış cəsədini görüb.

Qonşuların sözlərinə görə, dirijorun qətli zamanı evin yaxınlığındakı küçədə daha bir neçə rusiyalı hərbçi və FTX-nin əməkdaşı dayanıb, onlar silahlarını qaldıraraq pəncərələri nişan alıblar.

Hadisə şahidləri onu da iddia edirlər ki, qətldən sonra Kerpatenkonun cəsədi günortaya qədər girişdə qalıb. Hazırda cəsədin harada olduğunu heç kim bilmir.

Rusiya Müdafiə Nazirliyi və digər hakimiyyət orqanları hələ ki, “Times”ın materialını şərh etməyiblər.

Qeyd edək ki, Xerson Musiqili Dram Teatrının baş dirijoru, 46 yaşlı Yuri Kerpatenkonun yoxa çıxması barədə məlumat hələ sentyabrın sonunda yayılmışdı. Daha sonra Ukrayna Mədəniyyət Nazirliyi musiqiçinin işğal administrasiyasının nümayəndələrinin təşkil etdiyi konsertdə iştirakdan imtina etdiyi üçün öldürüldüyünü bəyan etmişdi. Dirijor itkin düşməmişdən əvvəl açıq şəkildə Ukraynanı dəstəkləyib, Rusiya hakimiyyətini və hərbçilərini tənqid etməkdən çəkinməyib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR