Onlayn ictimai-siyasi qəzet
Avstraliyanın Sidney şəhəri 2024-cü ildə dünyanın ən yaxşı şəhəri seçilib.
Bu, "Condé Nast Traveller" oxucularının oktyabrın əvvəlində keçirdiyi sorğuda ifadə etdiyi fikirdir.
İspaniyanın Valensiya şəhəri ikinci, Sinqapur isə üçüncü yeri tutub. İlk onluğa həmçinin Honq-Konq , Stokholm , Tokio, Vyana , Berlin, Milan və Budapeşt daxil olub. Siyahıya həmçinin Madrid, Paris, Keyptaun, Çikaqo, İstanbul, Palma, Las-Veqas, Sevilya, Mərakeş və Nyu York daxildir.
Bundan əvvəl “The World's 50 Best Hotel” mükafatının münsiflər heyəti 2024-cü ildə dünyanın 50 ən yaxşı otelini müəyyənləşdirmişdi. Siyahıda birinci yeri Banqkokdakı beşulduzlu Capella Bangkok oteli tutub. Onun yerləşdirmə qabiliyyətinə 100-dən çox işıqlı və geniş otaqlar və villalar daxildir. (sfera.az)
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ