İnsanlara hürriyət, millətlərə istiqlal!

Ərdoğan Putinə ad günündə nə bağışlayıb?

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinə doğum günü şərəfinə gözəl vaza hədiyyə edib.

Musavat.com xəbər verir ki, bu barədə jurnalist Pavel Zarubinə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov məlumat verib.

“Ərdoğanın Vladimir Putinə hədiyyəsi haqqında deyə bilərəm ki, bu, gözəl bir vaza idi”, - Uşakov bildirib.

Jurnalistin həmsöhbəti qeyd edib ki, Türkiyə liderinin Putinə hədiyyəsinin diqqət mərkəzində olmasının səbəbi odur ki, Ərdoğan hədiyyənin Rusiya prezidenti ilə telefon danışığından əvvəl ona çatdırılması barədə “şəxsən göstəriş verib".

Oktyabrın 8-də Belarus prezidenti Aleksandr Lukaşenko rusiyalı həmkarına ad günü münasibətilə “Belarus sənətkarlarının əsəri”ni hədiyyə edib. Jurnalistlərlə söhbətində Belarus lideri bunun “çox ciddi hədiyyə” olduğunu qeyd edib. O, təfərrüatları açıqlamayıb.

Oktyabrın 7-də Vladimir Putinin 72 yaşı tamam olub.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR