Onlayn ictimai-siyasi qəzet
ABŞ prezidenti Co Bayden gələn həftə Almaniyaya səfər edəcək.
Musavat.com xəbər verir ki, bu barədə “Der Spiegel” jurnalı məlumat yayıb.
Nəşr yazır ki, cümə günü o, ölkə prezidenti Frank-Valter Ştaynmayer və kansler Olaf Şoltsla görüşəcək.
Bundan əvvəl ABŞ prezidenti və dövlət katibi Antoni Blinken Floridada “Milton” qasırğası səbəbindən “Ramşteyn” görüşünə səfərini təxirə salıb.
Bildirilir ki, Baydenin səfəri əvvəlcə rəsmi dövlət səfəri kimi nəzərdə tutulsa da, hazırda proqram əhəmiyyətli dərəcədə azaldılıb. Buna baxmayaraq, hazırkı qısa səfər eyni siyasi məsələlərə, xüsusən də Ukraynanın Qərb müttəfiqlərinin gələcək fəaliyyətlərinə və Yaxın Şərqdəki müharibəyə həsr olunacaq.
Musavat.com
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ