İnsanlara hürriyət, millətlərə istiqlal!

Misirdə iki sərnişin qatarı toqquşub, azı 20 nəfər xəsarət alıb

Misirin mərkəzi El-Minya əyalətində iki sərnişin qatarının toqquşması nəticəsində azı 20 nəfər xəsarət alıb.

“Report” xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, nazirliyə hadisə nəticəsində həlak olanlar barədə hələ ki, məlumat daxil olmayıb.

Hadisə yerinə 23 təcili yardım avtomobili cəlb edilib. Bundan başqa Misirin səhiyyə naziri Xalid Abdel Qaffar öz müavinini qəza baş verən əraziyə göndərib.

Öz növbəsində “Al-Youm as-Sabia” portalı bildirib ki, oktyabrın 13-də səhər saatlarında Qahirəyə gedən sərnişin qatarı digər qatarın lokomotivi ilə toqquşub. Nəticədə iki vaqon relslərin yanından keçən su kanalına düşüb. Hadisə yerində xilasedicilər işləyir, hadisənin səbəbləri aydınlaşdırılır.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR