Onlayn ictimai-siyasi qəzet
İsrailin baş naziri Benyamin Netanyahu BMT-nin baş katibi Antonio Quterreşi sülhməramlıları Livanın cənubundakı döyüş zonasından çıxarmağa çağırıb.
Musavat.com xarici KİV-ə istinadən xəbər verir ki, BMT-nin Livandakı qüvvələri 48 ölkədən 11 minə yaxın əsgər və mülki işçidən ibarətdir.
Onlar BMT Təhlükəsizlik Şurasının 1978-ci il mart tarixli qətnaməsinə uyğun olaraq yerləşdirilib.
Bundan əvvəl 40 ölkə İsrail ordusunun sülhməramlılara zərbələr endirməsi ilə bağlı xəbərlər fonunda İsraili pisləyən birgə bəyanat imzalayıb.
Musavat.com
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ