İnsanlara hürriyət, millətlərə istiqlal!

Polis zabitinin narkotik laboratoriyası varmış – Daşkənddə qəribə olay

Özbəkistanın Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Daşkənd şəhərinin Almazar rayon polis idarəsinin profilaktika müfəttişinin həbsi barədə məlumat yayıb.

Musavat.com gazeta.uz saytına istinadla xəbər verir ki, o, hökumət tərəfindən verilmiş evində narkotik laboratoriyası yaratmaqda şübhəli bilinir.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində evdən 10,5 kq sintetik “Alpha-PVP”, 4 qram “Spice” dərmanı, narkotik vasitələrin istehsalında istifadə olunan 588 qram maye, o cümlədən avadanlıq və elektron tərəzi aşkar edilərək maddi sübut kimi götürülüb.

Bundan başqa, müfəttişin Daşkənd rayonunda daimi yaşadığı ünvana baxış zamanı torpaq altında gizlədilmiş çəkisi təxminən 430 qram olan “Alfa-PVP” narkotik vasitə aşkar edilib.

DTX-nin məlumatına görə, polis zabit narkotik kuryerlərdən ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilmiş sintetik narkotik vasitələri alıb, yeraltı laboratoriyada emal edərək satıb.

Ona qarşı Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə cinayət işi açılıb.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2025

14 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR