Onlayn ictimai-siyasi qəzet
Şimali Kipr Türk Respublikasının (ŞKTR) prezidenti Ersin Tatar Azərbaycan, Türkiyə və Şimali Kipr parlamentlərinin üzvlərindən ibarət nümayəndə heyətini qəbul edib.
Musavat.com xəbər verir ki, bununla bağlı Türkiyə Böyük Millət Məclisinin (TBMM) deputatı Şamil Ayrım məlumat yayıb.
Onun sözlərinə görə, görüşdə üç ölkənin parlamentlərarası işçi qruplarının üzvləri iştirak ediblər:
"Qarşıdan gələn prezident seçkiləri öncəsi Ersin Tatara xoş arzularımızı çatdırdıq. Eyni zamanda, Şimali Kipr xalqının haqq işinə, suverenliyinə və dövlətinə dəstəyimizi vurğuladıq. "Bir millət, üç dövlət - möhkəm həmrəylik, ortak gələcək".
14 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ