İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp ərəb şahzadələrinə pul keysi kimi baxır: "Onların yaxşı sərvəti var, həm də ölçüsüz..." - ŞOK VİDEO

Musavat.com xəbər verir ki, Misirdə keçirilən Qəzza zirvəsində ABŞ Prezidenti Donald Tramp ilə Birləşmiş Ərəb Əmirliklərinin vəliəhd şahzadəsi Mənsur bin Zayed əl Nəhyan arasında maraqlı dialoq yaşanıb.

Tədbir zamanı Tramp ərəb liderlərini salamlayarkən gülümsəyərək belə deyib:

“Onların çox pulu var. Həm də sərhədsiz.”

Trampın bu ifadəsi tədbir iştirakçıları və müşahidəçilər arasında həm zarafat kimi, həm də onun biznes yönümlü siyasi baxışlarının ifadəsi kimi qarşılanıb.

Siyasi müşahidəçilərin fikrincə, Trampın bu cür çıxışları iş adamı düşüncəsinin siyasətdəki təzahürüdür. ABŞ prezidentinin beynəlxalq münasibətlərə “iqtisadi prizmadan baxması” artıq bir çox görüşlərdə hiss olunur.

Ekspertlər hesab edirlər ki, Tramp üçün ərəb ölkələri, xüsusilə də Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanı, həm enerji ehtiyatları, həm də sərmayə imkanlarına görə “strateji maliyyə tərəfdaşları” kimi önəm daşıyır.

Trampın “pul”a yönəlik zarafatla müşayiət olunan bu replikası onun diplomatik üslubunun tipik nümunəsi sayılır. O, bir çox beynəlxalq görüşlərdə də liderlərə iqtisadi potensialları üzərindən yanaşır və münasibətləri bu əsasda formalaşdırır.

Hadisə Misirdə keçirilən Qəzza sammitində baş verib və sosial mediada geniş müzakirə doğurub.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR