İnsanlara hürriyət, millətlərə istiqlal!

Xərçəng riskini artıran qidalar - SOS

Endokrinoloq-diyetoloq Tatyana Filippova bildirib ki, rəfinə edilmiş ətdən hazırlanan məhsullar xərçəngə səbəb olur.

Musavat.com Publika.az-a istinadla xəbər verir ki, bu barədə həkim "Beşinci Kanal"a müsahibəsində danışıb.

Onun sözlərinə görə, xəstəliyin səbəblərindən biri orqanizmdə təmizlənmiş karbohidratların çox olmasıdır. O, emal edilmiş ətdən hazırlanan məhsulları rasiondan çıxarmağı tövsiyə edib.

“Kolbasa, sosiska, servlat, konserv kimi məhsulların saxlanma müddətini artırmaq üçün kimyəvi qatqılar əlavə olunur. Yağlı və sadə karbohidratlarla zəngin qidalar artıq çəkiyə səbəb ola bilər ki, bu da öz növbəsində xərçəng riskini artırır.

Təbii qidalar, o cümlədən toyuq, mal əti və ya balıq yeməyi tövsiyə edirik. Ətin zərərsizliyinə əmin olmaq üçün onun mənşəyini bilmək vacibdir”, - ekspert bildirib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR