Onlayn ictimai-siyasi qəzet
Xərçəngi tətikləyən qidalar içərisində ilk pillədə kanserogenlə zəngin ət məhsulları gəlir.
Britaniyalı diyetoloqlar Dueyna Mellora və Metyu Lamberta kanserogenlə zəngin 5 ət məhsulunun adını açıqlayıblar:
“Əslində həyatımız boyu müəyyən qədər kanserogenli qida qəbul etməyimiz mümkündür. Amma əgər rasiondan ət yarımfabrikatlarını, hisə verilmiş ət məhsulu, hazır konserv - sosis, salyami, vetçina, kolbasanı ciddi azaltsaq, xərçəngdən qorunmuş olarıq.
Dadı, rəngi süni əlavələrlə dəyişdirilən, saxlanma müddəti artırılan, kimyəvi emaldan keçmiş bütün qidalarda N-nitro maddələr, azot turşusu duzları yaranır. Məhz bu maddə ən güclü kanserogen hesab edilir. Yüksək sinir kanserogen siyahısına daxildir: müxtəlif steyklər, burger, dönər, hazır kotletlər və s.
Qırmızı ət yoğun bağırsaq, mədə, mədəaltı vəz, qaraciyər kimi orqanların xərçənginin 70% hallarda səbəbidir. Amma ətdən tam imtina etmək də olmaz, gündə 50-70 qram təmiz əti qızartmadan, suda bişirərək yeyə bilərsiniz”. (medicina)
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ