İnsanlara hürriyət, millətlərə istiqlal!

“Xəbərimiz olsun, hörmətli deputatlar!”- Razi Nurullayev  

 

“Mənim yaşadığım İmişli rayonu, Xəlfəli kəndinin uşaq bağçası bərbaddan da bərbad gündədir. Yapon səfirindən də xahiş etdik. Onlar o bağçanın tikintisi üçün 80 min dollar civarında pul ayırıb. Təhsil Nazirliyi deyir ki, tikilən bağçalar gərək Nazirlər kabinetinin təsdiq etdiyi standartlara uyğun olsun. Haradan tapaq bir milyon manatı ki, bağça tikək? Onda zəhmət çəkib gedib özləri standartlara uyğun bağça tiksinlər”.

Musavat.com xəbər verir ki, bu sözləri Milli Məclisin iclasında çıxış edən deputat Razi Nurullayev söyləyib. Deputat ardınca deyib ki, Təhsil Nazirliyinin aidiyyatı şöbəsi ilə danışıb: “xeyri olmadı, nazir müavini ilə danışdım, xeyri olmadı, sonda cənab nazirlə danışdım və sağ olsun ki, yarım saatdan çox bir-birimizə kimin haqlı olduğunu sübut etməyə çalışdıq. Mənə İmişli və digər rayonlarda standarta uyğun bir bağça göstərsinlər, mən çəkilirəm kənara. Qoy uşaqlar hələ 10 il bundan sonra da o bərbad və acınacaqlı uçuq daxmada uşaqlıqlarını məhv etsinlər. Mən Təhsil Nazirliyinin yanaşmasını qətiyyətlə rədd etməklə bərabər, bu məsələnin və buna bənzər həllini gözləyən digər problemlərin həllini tələb edirəm. Təhsil Nazirliyi və bir neçə digər qurumlar ölkə reallığından bir əsr arxada qalıb, ya da özlərini böyük islahatçı göstərmək istəyirlər. Onların bu islahatcıqları ölkədə kərpic-kərpic haqlı olaraq sosial narazılıq yaratmaqdadır ki, xəbərimiz olsun, hörmətli deputatlar! Bizim həm də borcumuzdur ki, gördüyümüz narahatlıqları həll etməyə çalışaq ki, ölkəmizdə xain qüvvələr bu kimi problemlərdən yararlanıb ölkəni xaosa sürükləyə bilməsinlər”.

E.Paşasoy,

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR