İnsanlara hürriyət, millətlərə istiqlal!

Xəbərdarlıq edildi: “Cəmi üç-beş nəfər bilir, Rusiyaya əks-hücum...”

“Ukraynanın gözlənilən əks-hücumunun haradan və nə vaxt başlayacağını bütün dünyada cəmi üç-beş nəfər bilir”.

Musavat.com teleqraf.com-a istinadən xəbər verir ki, bunu Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov deyib.

“Adətən, dünyanın digər ölkələrində də bu kimi əməliyyatların harada, nə vaxt və necə başlayacağı barədə məlumatlı olan çox məhdud sayda insan olur. Üç-beş nəfərdən çox deyil”, - Ukrayna rəsmisi bildirib.

Danilov xəbərdarlıq edib ki, müəyyən şəxslər Ukraynanın əks-hücumları ilə bağlı bəyanatlar verəndə bu məlumat tamamilə doğru olmaya bilər.

“Başlayanda hər şeyi görəcəksiniz. Siz və mən başa düşəcəyik ki, gözlədiyimiz şey başlayıb. Harada, nə vaxt, necə - bu sual bu gün cavab verilmir”, - Danilov vurğulayıb.
Martın sonunda müdafiə naziri Aleksey Reznikov Ukrayna ordusunun aprel-may aylarında genişmiqyaslı əks-hücuma başlayacağını açıqlayıb. Həm Rusiya tərəfi, həm ukraynalı analitiklər, həm də Qərb ekspertləri təxminən eyni şeyi deyirlər. Məsələn, Ukraynanın keçmiş rəsmisi Aleksey Arestoviç bir ay əvvəl yaz soyuğu başa çatdıqdan sonra Ukraynanın hücumunun başlayacağını proqnozlaşdırmışdı.

Hərbi ekspert Roman Svitan hesab edir ki, əks-hücum başlamazdan dərhal əvvəl Ukrayna Silahlı Qüvvələri Rusiya ordusunun arxadakı hissələrini aktiv şəkildə vurmağa başlayacaq: “Bu kütləvi zərbələrin arxasınca hücumun yaxın günlərdə başlayacağı bəlli olacaq”.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR