İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ HƏMAS-a görə onlara sanksiya tətbiq etdi

ABŞ Maliyyə Nazirliyi HƏMAS hərəkatı ilə əlaqəsi olan 4 fiziki şəxs və 11 quruma qarşı sanksiya tətbiq edib.

Musavat.com xəbər verir ki, məlumat nazirliyin yazılı açıqlamasında yer alıb.

Məlumata əsasən ABŞ Xəzinədarlığının Xarici Aktivlərə Nəzarət Ofisi (OFAC) HƏMAS-ın əhəmiyyətli beynəlxalq maliyyə dəstəkçiləri olan üç şəxsi və bir xeyriyyə təşkilatı adı altında gizli dəstəkçini, həmçinin Qəzzada HƏMAS tərəfindən nəzarət edilən bir maliyyə qurumunu qara siyahıya salıb.

OFAC həmçinin HƏMAS-ın davamlı tərəfdarı olan bi şəxsi və onun doqquz müəssisəsinə sanksiya tətbiq edib: O, qruplaşmanın terror fəaliyyətini maliyyələşdirmək üçün çox vaxt xeyriyyə adı altında HƏMAS üçün xaricdən vəsait toplamaqda mühüm rol oynayır”.

Bildirilir ki, məhdudiyyət fələstinlilərə dəstək məqsədilə İtaliyada yerləşən xeyriyyə təşkilatı olan Fələstin Xalqı ilə Həmrəylik Xeyriyyə Assosiasiyasına qarşı tətbiq edilib.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR