İnsanlara hürriyət, millətlərə istiqlal!

Hollandiya Rusiyanın 1,5 milyardlıq aktivini blokdan çıxarıb?

Hollandiya maliyyə institutları dondurulmuş Rusiya aktivlərinin bir hissəsini blokdan çıxarmış ola bilər. 2024-cü ilin əvvəlində belə aktivlərin həcmi 660 milyon avro idisə, ilin ortalarında bu rəqəm 97,2 milyon avroya düşüb.

Musavat.com xəbər verir ki, məlumatı De Telegraaf qəzeti Hollandiyanın xarici işlər naziri Kaspar Veldkampın parlamentə göndərdiyi hesabata istinadən yayıb.

“İyulun 1-nə Niderlandda dondurulmuş şəxsi aktivlərin ümumi məbləği cəmi 97,2 milyon avro təşkil edib”, - sənəddə qeyd edilir: “Bu, Rusiyaya qarşı birinci sanksiyalar paketinin qəbulundan sonra qeydə alınan dondurulmuş aktivlərin ümumi məbləğindən xeyli azdır”.

Nəşrin yazdığına görə, Rusiyanın 1,5 milyard avrodan çox aktivləri, “görünür, nazirliyin icazəsi ilə blokdan çıxarılıb”.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR