İnsanlara hürriyət, millətlərə istiqlal!

Xatirə İslam kommunal borcunu ödəmir? – AÇIQLAMA

Müğənni Xatirə İslamın kommunal borcunu ödəmədiyi barədə xəbərlər yayılıb. İddiaya görə, müğənninin Nəsimi rayonunda yerləşən mənzilinə görə (şəxsi məlumat olduğu üçün dəqiq ünvanı göstərmirik – red.) kommunal borcu artıq 960 manata qalxıb. Qeyd olunur ki, Xatirə İslam lift xidmətinə görə də ödəniş həyata keçirməyib.

Məsələ ilə bağlı müğənninin köməkçisi Musavat.com-a açıqlamasında bildirib ki, sənətçinin Nəsimi rayonunda mənzili yoxdur:

“Biz bilmirik bu xəbərləri kim yayır. Xatirə xanımın Nəsimi rayonunda mənzili yoxdur. Olmayan mənzilin necə borcu ola bilər?”

Qeyd edək ki, sözügedən məlumatı Axar.az saytı yayıb.

Könül İbrahim
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR