İnsanlara hürriyət, millətlərə istiqlal!

Xarkovda uduzan general vəzifədən uzaqlaşdırıldı - FOTO

Rusiya Ordusunun Qərb Hərbi Dairəsinin komandanı, general-polkovnik Aleksandr Juravlyov tutduğu vəzifədən uzaqlaşdırılıb.

Bu barədə məlumat Rusiyanın hüquqi şəxslərinin vahid reyestrində yer alıb.

Qərb Hərbi Dairəsinin yeni komandanı isə general-leytenant Roman Berdnikov təyin edilib. O, vaxtilə Suriyada Rusiya hərbçiləri qrupuna rəhbərlik edib.

Müdafiə Nazirliyinin saytında Juravlyov hələ də Qərb Hərbi Dairəsinin başçısı kimi qeyd olunur.

Bununla belə, nə A.Juravlyovun vəzifəsindən kənarlaşdırılması, nə də R.Berdnikovun təyinatı ilə bağlı heç bir sərəncam dərc olunmayıb.

Qeyd edək ki, Qərb dairəsinin qoşunları Xarkov vilayətində gedən döyüşlərdə iştirak edib.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR