İnsanlara hürriyət, millətlərə istiqlal!

Xarkovda ruslara işləyən qadın tutuldu

Ukrayna hüquq-mühafizə orqanları Xarkov vilayətində Silahlı Qüvvələrlə bağlı məxfi məlumatları ruslara ötürən qadını ifşa edib. AzVision.az xəbər verir ki, o, informasiyaları Kiyevin nəzarətində olmayan ərazidə qalmış qardaşı ilə paylaşıb.

"Düşmənlə əməkdaşlığa görə Vasişevo kəndinin 58 yaşlı sakinini 12 ilə qədər həbs gözləyir. Bu barədə Milli Polisin bölgə üzrə Baş İdarəsi Facebook səhifəsində məlumat verib.

Hüquq-mühafizə orqanlarının əməkdaşlarının sözlərinə görə, şübhəli şəxs aprelin 26-27-də Ukrayna Silahlı Qüvvələrinin hərbi texnikasının yerləşdiyi yerin koordinatlarını, eləcə də onun hərəkəti haqqında məlumatları mobil telefonu vasitəsilə ötürüb.

Qadının qohumunun nəzarətimizdən çıxan ərazidə olduğu və Rusiya Federasiyası ilə əməkdaşlıq etdiyi dəqiqləşdirilir", - yerli saytlar yazıb.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR