İnsanlara hürriyət, millətlərə istiqlal!

Xarici diplomatların Gəncəyə səfəri başlayıb

Vətən müharibəsi dövründə Ermənistan tərəfindən Azərbaycanın ikinci böyük şəhəri olan Gəncənin ballistik raket atəşinə tutmasından iki il ötür.

Musavat.com bildirir ki, bununla bağlı Azərbaycanda akkreditə olunan diplomatik korpus, xarici və yerli media nümayəndələrinin Gəncəyə səfəri başlayıb.

Tədbir iştirakçıları səfər zamanı Ermənistan silahlı qüvvələri tərəfindən Gəncə şəhərində törədilmiş terror hadisələrinin qurbanlarının anım tədbirində iştirak edəcək, eləcə də şəhərin infrastrukturu, yaşayış binalarına yetirilmiş və mülki şəxslərə vurulmuş ziyanın nəticələri ilə yerində tanış olacaqlar.

Qeyd edək ki, 2020-ci il oktyabrın 17-də gecə saatlarında Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəyə Ermənistan silahlı qüvvələrinin 5-ci raket hücumu nəticəsində 15 nəfər həlak olub, 79 nəfər yaralanıb.

Xatırladaq ki, Vətən müharibəsi dövründə Gəncə 4, 5, 8, 11 və 17 oktyabr tarixlərində raket və ağır artilleriya hücumlarına məruz qalıb. Bu terrorlar nəticəsində 26 nəfər həlak olub, 170-dən çox insan yaralanıb, mülki infrastruktur obyektlərinə və nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.

Xalidə Gəray
Fotolar müəllifindir
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR