Onlayn ictimai-siyasi qəzet
2023-cü ildə xaricdən Gürcüstana pul köçürmələrinin həcmi 4,1 milyard dollar təşkil edib ki, bu da 2022-ci illə müqayisədə 6,8 faiz azdır.
Musavat.com Gürcüstan Milli Bankının materiallarına istinadən xəbər verir ki, ötən il Gürcüstana ən çox vəsait Rusiyadan - 1,5 milyard dollar (azalma 27,5 faiz), İtaliyadan - 518,6 milyon dollar (artım 20,2 faiz), ABŞ-dan - 456,4 milyon dollar (artım 39,6 faiz) olub.
Yunanıstandan 242,3 milyon dollar (8,2 faiz çox), Almaniyadan 228,6 milyon dollar (artım 39,1 faiz), İsraildən 215,2 milyon dollar (artım 8,1 faiz) vəsait daxil olub. 2023-cü ildə Gürcüstandan xaricə 355,9 milyon dollar (3,6 faiz çox) göndərilib.
Xatırladaq ki, 2022-ci ildə Gürcüstana pul köçürmələri təxminən 4,4 milyard dollar (artım 1,9 dəfə), o cümlədən Rusiyadan təxminən 2,07 milyard dollar (artım 5,8 dəfə) təşkil etmişdi.
Musavat.com
24 Noyabr 2024
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ