Onlayn ictimai-siyasi qəzet
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən paytaxtda yeni parklanma yerləri təşkil edilib.
Musavat.com xəbər verir ki, Hüseyn Cavid və Atatürk prospektlərində, 2-ci Fəvvarlər, 1-ci Yaşıl ada, Seyid Cəfər Pişəvəri, Landau, Həsən bəy Zərdabi, Nəcəf bəy Vəzirov, Ağadadaş Qurbanov, Mərdanov qardaşları, Dilarə Qədirbəyova və Adil Məmmədov küçələrində ödənişli parklanma məntəqələri yaradılaraq sürücülərin istifadəsinə verilib.
Yaxın günlərdə Dadaş Bünyadzadə, Yeni Yasamal, Məhəmməd Xiyabani, Bəhruz Nuriyev, Naxçıvanski, Şirin Mirzəyev, Məshəti Gəncəvi, Mehdi Abbasov, Bəkir Çobanzadə və Ədhəm Orucəliyev küçələrində parklanma yerləri istifadəyə veriləcək. Nişanlanma xətlərinin çəkildiyi küçələrdə müvafiq yol nişanları quraşdırılacaq.
Parkinqə tələbatın az olduğu ərazilərində isə ödənişsiz parklanma yerlərinin təşkili davam etdirilir. Belə ki, İzzət Nəbiyev, Şövqiyar Abdullayev, Xəlil Rza Ulutürk və Ələsgər Qayıbov küçələrində müvafiq infrastruktur qurularaq avtomobillərin pulsuz park edilməsi üçün də şərait yaradılıb.
14 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ