İnsanlara hürriyət, millətlərə istiqlal!

Xaricdə dincəlmək istəyənlərə XƏBƏRDARLIQ! - İndidən hərəkətə keçin, yoxsa...

Yay tətilini xaricdə keçirmək istəyənlərin əksəriyyəti demək olar ki, ilk növbədə qiymətə diqqət edir.  

“Yes Travel” şirkətinin satış direktoru Aynur Hüseynova Musavat.com-un oxucularına İstanbuldan Şri-Lankaya qədər biletlərin qiymətini sadalayıb.

aynur.jpg (209 KB)

O bildirib ki, apreldən etibarən bilet alışı artıb:

“Hazırda bilet və tur paket alanlar çoxdur. Türkiyənin istirahət zonalarına üz tutmaq istəyənlər daha çoxdur. 3-4 gündür İstanbula bilet alanlar üstünlük təşkil edir. Çünki Adana Türk Hava Yollarında aksiya var. Aprel-maya qədər isə Şarm əl-Şeyxə, Dubaya tələbat çox idi. Hazırda həmin ərazilərdə sezon bitib deyə uçuş azalıb.

Qiymətlərə gəlincə, Bakı-İstanbul-Bakı bileti 499 manatdan başlayır. Bura yalnız əl yükü daxildir. 5 gecə, 6 günlük Antalya turu 570 dollara təklif olunur. Qiymətə bilet, 4 ulduzlu hotel, sığorta və transfer daxildir. 670 dollara Alaçatı turu var. Qiymətə aviabilet, hoteldə gecələmə, yemək, sığorta və transfer aiddir. 7 gecə, 8 günlük Marmaris turu isə 665 dollara başa gəlir. Bodrum turu 715 dollar, Fethiye turu isə 1230 dollardır. 4 günlük Kapadokiya turu 625 dollara təklif olunur”.  

Aynur Hüseynova qeyd edib ki, Rusiya istiqamətində də uçuşlar çoxdur:

“Yessentuki turları 14 günlük olur. 1770 manata müalicə paketi və yemək də daxildir”.

Satış direktorunun sözlərinə görə, Avropa turları 505 avrodan başlayır:

“Bu qiymət 7 günlük səyahəti əhatə edir. Hotelin ulduzundan asılı olaraq qiymətlər dəyişir. 966 avroluq, 7 gecə, 8 günlük Avropa qrup turlarına da tələbat çoxdur. Bu turlar Budapeşt-Paris-Amsterdamı əhatə edir. Qiymətə aviabilet, hoteldə gecələmə, şəhərlərarası nəqliyyat və səhər yeməyi daxildir. 7 gecə, 8 günlük Monteneqro turu isə 839 avroya təklif olunur.

7 gecə, 8 günlük Şarm əl-Şeyx turunun qiyməti 685 dollardır. Qiymətə aviabilet, hoteldə gecələmə, yemək, sığorta və transfer daxildir. 300 dollara Abu-Dabi turu var idi. 750 dollara 7 gecə, 8 günlük Şri-Lanka turu da var. Baliyə uçuşlar isə maya qədər çox idi. Hazırda yağışlara görə ora gedən yoxdur”.

Aynur Hüseynova endirimlərdən də danışıb:

“Endirimlər əsasən aşağı büdcəli “Wizz Air” şirkətində olur. Onlar da Budapeşt-Roma-Abu-Dabiyə uçur. Biletlərin qiyməti 100-150 avro düşür”.

Satış direktoru vurğulayıb ki, hazırda yaxın tarixə biletlərin qiyməti nisbətən ucuz olur:

“Əvvəllər isə bunun əksi müşahidə edilirdi”.

Odur ki, yaxın tarixə bilet almaqla bir addım irəli düşmüş olacaqsınız. 

Aytən Novruz
Musavat.com     

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR