İnsanlara hürriyət, millətlərə istiqlal!

Xankəndindəki partlayışda ölən ermənilərin sayı bəlli oldu

Xankəndində yanacaq-sürtkü materialları anbarında baş vermiş partlayış nəticəsində 218 nəfər həlak olub, 120 nəfər yaralanıb.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsi məlumat yayıb.

"İstintaq Komitəsinin son məlumatlarına görə, Qarabağda benzin anbarının partlaması nəticəsində 218 vətəndaş həlak olub, 120 nəfər yaralanıb. Partlayış 42 min litr benzinin olduğu qapalı ərazidə baş verib”, - deyə hesabatda bildirilir.

Ölənlərdən 138 nəfərin şəxsiyyəti məhkəmə-genetik ekspertizası, 77 nəfərin isə digər istintaq-əməliyyat tədbirləri ilə müəyyən edilib.

Partlayış nəticəsində həlak olan 218 nəfərdən 3-nün şəxsiyyəti ekspertiza yolu ilə hələlik müəyyən olunmayıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR