İnsanlara hürriyət, millətlərə istiqlal!

Xankəndində mitinqdə iştirak edənlərə 30-40 dollar veriləcəyi vəd olunur

Xankəndində mitinqdə iştirak etmək üçün hər kəsə 30-40 dollar veriləcəyi vəd olunur.

Qeyd edək ki, qanunsuz erməni dəstələri bu gün saat 14:00-da Xankəndində mitinq keçirməyə başlayıb. Lakin aksiyaya əhalini cəlb edə bilmirlər.

Qarabağdakı qanunsuz erməni hərbçilərinə, hətta məzuniyyətdə olanlara belə tapşırıq verilib ki, özləri mülki geyimdə və ailə üzvləri ilə birlikdə mitinqdə iştirak etsinlər.

Qarabağda yaşayan sadə ermənilər ailəlikcə mitinqə zorla çağrılır.

Bir çoxlarına mitinqdə iştirakın məcburi olduğu barədə xəbərdarlıq edilir. Əsas məqsədin mitinqə mümkün qədər çox insan cəlb etmək olduğu bildirilir.

Müxtəlif sahədə çalışan ermənilərə mülki geyimlə mitinqdə iştirak etmək barədə göstərişlər verilib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR