İnsanlara hürriyət, millətlərə istiqlal!

Xankəndidən şok xəbər: ermənilər silahları belə çıxarır - Hərbi analitiklə CANLI

Sosial medianın erməni seqmentində dünəndən Qarabağdan hərbi texnika karvanlarının çıxarılması ilə bağlı məlumatlar yayılıb. 

Qarabağ erməniləri hərbi texnika karvanının Xankəndindən Şuşa istiqamətində hərəkətini əks etdirən videolar paylaşıblar.

Bununla bağlı qondarma rejimin parlamentinin baş müşaviri Bella Lalayan da paylaşım edərək faktı təqdiqləyib:

“Hələ 2020-ci ilin noyabrından artıq tam aydın idi ki, "Qarabağ ordusu" məhv ediləcək, silah və hərbi texnika Qarabağdan çıxarılacaq, ordu aciz və köməksiz vəziyyətə salınacaq.
Bu, gedən hərbi texnika karvanı məni ürəyimdəkiləri deməyə məcbur edir: Qarabağı bu günə gətirənlərin başına od-alov düşsün. Fərqi yoxdur, istər fərd olsun, istər dövlət, istərsə də satqın məmur...

Baxın müharibə zamanı Ermənistandan Qarabağa gətirilən bölmələr və hərbi texnika müharibədən sonra xəyanətkarcasına çıxarılır. Sual yaranır ki, indi hansı hərbi texnika çıxarılır? Bu "Qarabağ Silahlı Qüvvələri"nin müharibədən sonra qalan kiçik hərbi texnikasıdır, yoxsa Rusiya texnikası?”

Qeyd edək ki, bir neçə gün əvvəl yerli mediaya müsahibə verən Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Ermənistanın 44 günlük müharibə zamanı Qarabağa yerləşdirdiyi silahlı qüvvələrin çıxarılacağını bildirmişdi.
Onun sözlərinə görə, Ermənistandan çağırışçılar bundan sonra Qarabağa hərbi xidmətə göndərilməyəcəklər. Armen Qriqoryan bildirib ki, Qarabağdakı çağırışçıların "Müdafiə Ordusu"na hərbi xidmətə çağırılması davam edəcək:

"Müharibə zamanı Ermənistan Respublikası Silahlı Qüvvələrinin bir sıra bölmələri Dağlıq Qarabağın Müdafiə Ordusuna kömək etməyə getmişdi.
Atəşkəs əldə edildikdən və Rusiya Federasiyasının sülhməramlı kontingentinin yeridilməsindən sonra Ermənistan Respublikası Silahlı Qüvvələrinin bölmələrinin Dağlıq Qarabağdan çıxarılması məntiqlidir".

TVMusavat-ın saat 16:00-da canlı efirində hərbi analitik Ramil Məmmədli ilə bölgədəki vəziyyəti müzakirə edirik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/tvmusavat

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR