İnsanlara hürriyət, millətlərə istiqlal!

Ronaldodan ərəb klubunun rəhbərliyinə ÇAĞIRIŞ: “Onu alın!”

39 yaşlı portuqaliyalı Kriştianu Ronaldo Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunu "Mançester Siti"nin yarımmüdafiəçisi Kevin de Bruyneyə diqqət yetirməyə dəvət edib.

Ronaldo “Əl-Nəsr” üçün əhəmiyyətini təkcə meydanda deyil, həm də meydandan kənarda nümayiş etdirməkdə davam edir.

Şayiələrə görə, portuqaliyalı klubun transfer strategiyası ilə bağlı müzakirələrdə fəal iştirak edir. 

“Transfer News Live”in “Daily Mirror”a istinadən verdiyi məlumata görə, Ronaldo "Əl-Nəsr" rəhbərliyinə "Mançester Siti"nin yarımmüdafiəçisinə diqqət yetirməyi təklif edib.

Ronaldonun fikrincə, bu transfer komandanı yeni səviyyəyə çıxara və Səudiyyə Ərəbistanında lider ola bilər. Bildirilir ki, klub De Bruyneyə inanılmaz şərtlər - həftədə təxminən 1 milyon funt-sterlinq maaş təklif etməyə hazırdır.

Belçikalının özü əvvəllər Səudiyyə Ərəbistanına köçmək imkanını istisna etmirdi ki, bu da bu addımı kifayət qədər real edir.//Lent.az

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR