Onlayn ictimai-siyasi qəzet
Qarabağdakı qondarma qurumun oyuncaq “xarici işlər nazirliyi” BBC-nin Azərbaycan xidmətinin “Dağlıq Qarabağ hakimiyyəti”nin Ağdamdan keçən yolun açılmasına razılıq verməyə meylli olması barədə xəbərini şərh edib.
Musavat.com bu barədə erməni mediasına istinadən xəbər verir. Bildirilir ki, oyuncaq qurum Xankəndi və Bakı arasında gözlənilən danışıqlarla bağlı yayılan xəbərə münasibət bildirib.
Nəşrin məlumatına görə, yaxın günlərdə tərəflər Azərbaycanın Bərdə şəhərində bu məsələ ilə bağlı görüş keçirəcəklər. Separatçı qurum öz şərhində qeyd edib ki, “artsax tərəfi” həmişə Azərbaycan-Qarabağ münaqişəsinin danışıqlar yolu ilə hərtərəfli sülh yolu ilə həllinin tərəfdarı olub. “Nazirlik belə danışıqların tərəflər arasında razılaşdırılmış beynəlxalq format çərçivəsində baş tutmalı olduğunu və bu danışıqların beynəlxalq hüququn norma və tələblərinə uyğun aparılmasını təmin edəcəyini vurğulayıb. “Artsax” tərəfi dəfələrlə vasitəçilər vasitəsilə görüşlər üçün təşəbbüslər irəli sürüb, lakin Azərbaycan tərəfi onları rədd edib”-separatçı qurum əlavə edib.
“Qeyd edirik ki, Azərbaycan ərazisində, xüsusən də beynəlxalq vasitəçilərin iştirakı olmadan keçirilən istənilən görüş, xüsusilə BQXK-nın mandatı altında olan Vaqif Xaçatryanın Rusiya sülhməramlılarının iştirakı ilə oğurlandığını nəzərə alsaq, kifayət qədər böyük risklər ehtiva edir”, separatçı qurum bildirib və həmçinin qeyd edib ki, “artsax prezidenti”nin mətbuat katibi əvvəllər Ağdamdan keçən yol məsələsini şərh edib.
Bundan əvvəl “artsax prezidenti”nin mətbuat katibi Lusine Avanesyan bildirib ki, Ağdamdan Xankəndiyə gedən yolda hələ yekun qərar yoxdur, müzakirələr davam edir. O, həmçinin bəyan edib ki, prezident Arutyunyan tezliklə “artsax hakimiyyəti”nin vəziyyəti və yanaşmaları haqqında məlumat dərc edəcək.
Musavat.com
25 Noyabr 2024
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ