İnsanlara hürriyət, millətlərə istiqlal!

“Xankəndidə Sürixdəki qədər əhali var” yalanı

120 min erməni “blokadadadırsa”, niyə onlar evlərində sakit oturublar və kütləvi şəkildə etiraz etmirlər?

Laçın dəhlizinin Azərbaycan tərəfindən bağlanması nəticəsində Ermənistandan hər gün 400 ton ərzaq və dərmanı çatdırmaq mümkün deyil. Bu barədə Xankəndidəki “informasiya qərargahı” məlumat yayıb. “Azərbaycanın hərəkətləri nəticəsində 30 mini uşaq olmaqla, Artsaxın 120 000 əhalisi humanitar böhranla üzləşdi. 270-i azyaşlı olmaqla, 1100 vətəndaş yolların bağlı olması səbəbindən evlərinə qayıda bilmir”, - deyə bildirilir.

Ermənistan Milli Elmlər Akademiyasının “beynəlxalq birliyə” müraciətində eyni gülməli iddialar yer alıb: “Hazırda Artsaxın əhalisi 120 min nəfərdən çoxdur. Bu rəqəm, məsələn, Orlean (Fransa), Kembric (Böyük Britaniya), Sürix (İsveçrə) əhalisi ilə müqayisə edilə bilər. İnanmaq olmaz ki, bu şəhərlər/regionlar belə bir vəziyyətə düşsəydilər, dünya ictimaiyyəti susar və fəaliyyətsiz qalar”.

Maraqlı məqam odur ki, özünü “Qarabağın rəhbəri” kimi təqdim edən separatçıların rəhbəri Araik Arutyunyan hələ bir müddət əvvəl Xankəndidə keçirilən mitinqdə etiraf etmişdi ki, hazırda rus sülhməramlılarının nəzarəti altında olan ərazilərdə cəmi 30 minə yaxın erməni yaşayır. Bundan başqa, rus sülhməramlılarının yaydıqları son məlumatda müharibədən sonra Qarabağa cəmi 52 min erməninin döndüyünü bildiriblər. Bildirək ki, hələ müharibədən əvvəl Dağlıq Qarabağda 150 min erməninin yaşadığı iddia edilsə də, keçirilən siyahıyaalınma zamanı məlum olmuşdu ki, bu rəqəm reallığı əks etdirmir. Erməni mənbələri də dolayısı ilə təsdiq edirlər ki, Xankəndi və ətrafında ən yaxşı halda 50-55 mindən artıq erməni yaşamayıb. Müharibədən sonra isə bu rəqəmin 25-30 min nəfərlik bir həddə olduğu da gizlin deyil və bunu isbat etmək çətin məsələ sayılmır. Bircə siyahıyaalma kifayət edir ki, ermənilərin yalanı ortaya çıxsın. Nəhayət, əgər gözümüzü yumub inanaq ki, 120 min erməni blokadadırsa, niyə onlar evlərində sakit oturublar və kütləvi şəkildə etiraz etmirlər? Haradadır bu 120 min insan?

İrəvanın “azərbaycanlılara pasport verək” oyunu

Rəşad Bayramov 

AMİP Mərkəzi Şurasının sədri, politoloq Rəşad Bayramov qeyd etdi ki, 120 min erməninin yaşaması haqqında məlumatlar  gülüncdür: “Cəmi bir neçə ay bundan əvvələ qədər separatçı rejim rəsmilərinin özləri Qarabağda 30 min civarında erməninin yaşaması haqqında açıqlamalar veriblər. Rusiya Müdafiə Nazirliyi isə öz məlumatlarında müharibədən sonra Qarabağa 50 minə yaxın ermənin "qaytarılması" haqqında məlumat verib. Lakin sirr deyil ki, müəyyən maliyyə vəsaiti verilməklə həmin əraziyə daşınan ermənilərin bir çoxu sonradan həmin əraziləri tərk edib və hazırda da orada yaşayan ermənilərin sayı ən yaxşı halda 25-30 min civarındadır. İndi 21-ci əsrdir və həmin ərazilərdə yaşayan adamların sayını müəyyən etmək elə də çətinlik yaratmır. Lakin əsas məsələ ermənilərin sayı şişirtməsi deyil. Çünki biz ermənilərin  necə saxtakar  toplum olduğunu yaxşı bilirik. Əslində dünya da bunu dərk edir və deyilən rəqəmlərin həqiqəti əks etdirmədiyini bilir. Sadəcə olaraq, Fransa başda olmaqla, bəzi Avropa dövlətləri və o cümlədən də ABŞ region üzərində təsir imkanları əldə etmək üçün bu cür yalanlardan istifadə edirlər və faktiki olaraq öz maraqlarını təmin etmək üçün Azərbaycana təzyiq etmək istəyirlər. Laçın yolunun humanitar məqsədlər üçün açıq olduğunu isə sübut etməyə ehtiyac yoxdur. Kimin şübhəsi varsa, boş-boş bəyanatlar verməkdənsə gəlib öz gözü ilə prosesləri müşahidə edə bilər. Amma onu da deyim ki, mən hətta Laçın yolunun bağlanmasında da hər hansı bir problem görmürəm. Əgər mən öz ərazimdə sərbəst hərəkət edə bilmirəmsə, mənim ərazimdən keçən yol üçtərəfli müqavilə ilə humanitar dəhliz funksiyası əvəzinə silah daşınması, separatçı rejimə dəstək verilməsi üçün istifadə olunursa, Azərbaycanın tam haqqı çatır ki, o yolu bağlasın.  Çünki ortada fakt var və fakt ondan ibarətdir ki, Azərbaycanın bu gün nəzarətində olmayan ərazilərində mədənlər istismar edilir və bunu heç kim də gizlətmir. Hətta separatçı rejimin özü belə doğrudan da o mədənlərdə iş getdiyini etiraf edir. Sadəcə olaraq, ekoloji qaydalara tam əməl olunması ilə bağlı dünyaya gündə bir bəyanat verirlər. Burada məsələ təkcə ekoloji mühitin korlanması yox, birbaşa Azərbaycanın təbii sərvətlərinin talanması olmalıdır. Qarşısının alınmasının isə müxtəlif yolları var. Biz üçtərəfli bəyanatla həmin yolda sərbəst gediş-gəlişin təmin edilməsi ilə bağlı öhdəlik götürmüşük. Amma sərhədimizdə gömrük məntəqəsi qurmayacağımızla bağlı bir öhdəlik götürməmişik. Biz həmin gömrük məntəqəsini qurmaqla sərhədimizi nəzarətə götürüb, yola nəzarəti Rusiya sülhməramlılarının ixtiyarına verə bilərik. Yəni gömrük məntəqəsindən keçən malı, maşını, insanı yoxlamaq hüququ bizdə olmaq şərtilə Laçın yolunda həmin gömrük məntəqəsindən keçmiş nəqliyyat vasitəsinin və ya sərnişinin hərəkətini müşahidə etmək Rusiya sülhməramlılarının nəzarətində ola bilər. Ona görə də məsələnin konkret bu cür qoyulmasına ehtiyac var".

Əsgər andı"nın qüdrəti - Kənan Novruzovun essesi

Kənan Novruzov 

Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin eksperti Kənan Novruzov ermənilərə reallığı qəbul etdirmə prosesinin davamlı olmasının vacibliyini vurğuladı: “Bir məsələyə diqqət çəkmək istəyirəm: Ermənistan aksiyalarla əlaqədar olaraq qondarma respublikada humanitar böhranın yarandığını iddia edirlər. İrəvan bu məsələ ilə bağlı BMT Təhlükəsizlik Şurasına müraciət edib. Və həmin qurumda bu məsələ müzakirəyə çıxarılıb.

 Məlum olduğu kimi, BMT, demək olar ki, bütün bəyanatlarında Azərbaycan və Ermənistanı Rusiyanın vasitəçiliyi ilə imzalanmış üçtərəfli razılığın şərtlərinə əməl etməyə çağırır. Elə isə İrəvan niyə həmin sənədlərin tələblərinə zidd olaraq mina terrorunu davam etdirir, nə üçün terrorçular hələ də torpaqlarımızdan çıxmır? Əgər Ermənistan BMT-nin çağırışlarına etinasız yanaşırsa, niyə indi bu quruma müraciət edir?! Bu, İrəvanın qeyri-səmimiliyinin ən bariz nümunəsidir.

Biz də öz növbəmizdə Ermənistanın mina terroru ilə bağlı faktları ictimailəşdirməliyik. Beləliklə, bir sıra beynəlxalq təşkilatların, o cümlədən BMT-nin bir sıra hallarda ikili standartlardan çıxış etdiklərini dünyaya göstərməliyik. Avropa İttifaqı və digər qurumlar bu vəziyyətdən istifadə edərək əraziyə əlavə missiya göndərməyə, bölgədəki mövcudluqlarını gücləndirməyə çalışmaq istəyirlər. Əlbəttə, buna imkan verilməməlidir. Biz isə öz növbəmizdə Qarabağ ermənilərinin, nəhayət, reallığı anlamlarını təmin etməliyik. Onlar başa düşməlidir ki, bizim torpaqlarımızda qanunsuz yaşaya bilməzlər. Ya Qarabağdan  çıxmalı, ya da vətəndaşlığımızı qəbul etməlidirlər".

Trollar özlərini iki formada göstərir” – Tural İsmayılov – Yenicag.Az

 Tural İsmayılov 

Politoloq Tural İsmayılov ciddi bir ədalətsizliyin hökm sürdüyünü qeyd etdi: “30 il ərzində Azərbaycan torpaqlarının işğalına göz yumanlar eyni ədalətsizliyi davam etdirirlər. İllərlə Azərbaycanın mədəni abidələri, ekologiyamız vandalizm hücumlarına məruz qaldı. Amma bu gün ölkəmizi ittiham edənlərdən heç bir səs eşitmədik. Faktiki bu gün Laçın yolunda sadə insanlarımız, vətəndaş cəmiyyəti fəalları etiraz edirlər. Hər kəsə bəllidir ki, onlar yolu bağlamayıblar. Dəfələrlə həm aksiya iştirakçıları, həm də dövlət qurumları Xankəndidə yaşayan ermənilərə hər köməyi etməyə hazır olduğunu vurğulayıb. Bunu görməyən, hansısa şişirdilmiş rəqəmlərlə Vardanyan kimi separatçı agentin əlinə kart verən beynəlxalq təşkilatlar və dövlətlər ö simasızlıqlarını yenə göstərirlər. Azərbaycan ekologiyasına qarşı həyata keçirilən hücumlar qəbuledilməzdir. Vətəndaşlarımız sonuna qədər mübarizə aparacaq”.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

10 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR