İnsanlara hürriyət, millətlərə istiqlal!

"Xankəndidə kritik həddir,Vardanyan gedir, Nersisyan gəlir"

Qarabağdakı separatçılar arasında daxili gərginliyin davam etdiyini bu dəfə Ermənistanın müxalifət nəşri kimi tanınan “Hraparak” yazır.

Musavat.com Adalet.az-a istinadən 
xəbər verir ki, tezliklə Ruben Vardanyanın vəzifəsindən atılacağı da nəşrin anonsları arasındadır. Məlumata görə, qondarma qurumun baş separatçısı Araik Harutyunyan fevralın 23-də Ermənistan hökumətinə mesaj göndərəcək. Məqsəd Qarabağdakı ermənilər arasında narazılıq və inamsızlıq mühitinin hələ də davam etməsi, bunun müqabilində Ermənistanı qondarma qurumun daxili həyatının sabitliyini və davamlı sülhünü təmin etmək istiqamətində əlavə addımlar atmağa məcbur etməkdir:”Xəbərlər var ki, cümə axşamı Arutyunyan Ruben Vardanyanın dövlət naziri vəzifəsindən azad olunduğunu elan edəcək.

Xatırladaq ki, Vardanyan bir müddət əvvəl istefa verməyəcəyini bildirdiyi üçün Ermənistan prezidentinin fərmanı ilə vəzifəsindən kənarlaşdırılacağına qərar verilib, ancaq münaqişə nəticəsində deyil, qarşılıqlı razılaşma nəticəsində. Üstəlik, Vardanyan Artsaxda qalıb müxtəlif problemlərin həllinə köməklik etmək niyyətindədir”.

Mənbə onu da bildirir ki, bəzi ermənilərin Soros dairələri ilə əlaqələndirdiyi “Artsax prokuroru” Qurgen Nersisyan dövlət naziri təyin olunacaq.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR