İnsanlara hürriyət, millətlərə istiqlal!

Xankəndidə böhran: separatçılar qənaət rejiminin tətbiqinə başladılar

Ötən gündən etibarən Qarabağda qaz təchizatının kəsilməsi və üç gün ərzində Laçın yolunun qapadılması səbəbindən Xankəndidə, o cümlədən ermənilərin mövcud olduğu digər ərazilərdə benzin, dizel yanacağı, maye və sıxılmış qaz qıtlığı yaranıb.

Musavat.com bununla bağlı erməni mediasına istinadən xəbər verir. Qondarma “artsaxın informasiya qərargahı”nın yaydığı məlumatda deyilir ki, vəziyyətlə əlaqədar qənaət rejiminə keçilməsinə qərar verilir. Belə ki, yanacaqdoldurma məntəqələrində yanacaq ilk növbədə təcili yardım, ictimai nəqliyyat və xüsusi xidmət orqanlarına veriləcək. “Yanacağın verilməsi mexanizmləri və prosedurları barədə əhaliyə əlavə məlumat veriləcək. Vətəndaşlardan yanacağa qənaət etmələri və nəqliyyat vasitələrindən yalnız son dərəcə zəruri hallarda istifadə etmələri tövsiyə olunur”-xəbərdə deyilir.

Qeyd edək ki, bir gün əvvəl separatçılar kifayət qədər ehtiyatlarının olduğunu iddia edirdilər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR