Onlayn ictimai-siyasi qəzet
İş adamı Xəqani İbrahimov Xankəndinin indiki halını çəkərək Musavat.com-a göndərib.
Videodan aydın olur ki, Xankəndidə böyük yenidənqurma, inşaat işləri gedir.
Vaxtilə separatçı rejimin əski parçasının əks olunduğu Xankəndi stadionunda indi Azərbaycan bayrağı dalğalanır, "Qarabağ Azərbaycandır" sözləri əks olunur.
Şəhərdə qondarma rejimin bütün saxta nişanları götürülüb, şəhər tarixi vəziyyətinə qaytarılıb. Bu gün Xankəndidən top səsləri yox, yenidənqurma, abadlıq hüzur səsləri gəlir. Ölkəmizin ərazisində ikinci erməni dövləti qurmaq istəyən xunta rejiminin rəhbərləri ötən il antiterror tədbirləri nəticəsində bir-bir həbs olundular.
İndi isə onların səpdikləri separatizm toxumları məhv edilir, şəhər çiçəklənir.
İş adamının çəkdiyi videonu təqdim edirik:
Musavat.com
29 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ