İnsanlara hürriyət, millətlərə istiqlal!

Xankəndi hospitalına 14 yaralı gətirilib

Martın 25-də Xankəndi hərbi hospitalına yaralı silahlılar gətirilib.

Musavat.com xəbər verir ki, bu barədə Qarabağın qondarma “ombudsmanl” Qeqam Stepanyan öz Facebook səhifəsində yazıb. Onun sözlərinə görə, təsdiqlənmiş məlumata əsasən, 14 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Həkimlər 10 nəfərin vəziyyətini yüngül, 1 nəfərin orta ağır, 1 nəfərin vəziyyətini ağır, 2 nəfərin vəziyyətini isə son dərəcə ağır qiymətləndirib.

Hadisənin gerçək səbəbləri barədə dəqiq məlumat olmasa da, başıpozuq separatçılar həmiçəki kimi, Azərbaycanı ittiham edir.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR