İnsanlara hürriyət, millətlərə istiqlal!

Xankəndi ermənilərindən Bakıya təşəkkür - İNANILMAZ görüntülər Fuad Abbasovla CANLI-da…

İyulun 14-ü saat 10:55 radələrində Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən Ordumuzun Şuşa və Xocalı rayonları istiqamətlərində yerləşən mövqeləri atıcı silahlardan atəşə tutulub.

Musavat.com xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bundan başqa saat 13:39-dan 13-50-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub. Ordumuzun bölmələri tərəfindən qeyd olunan istiqamətlərdə cavab tədbirləri görülüb.

İyulun 14-də Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan, tibbi yardıma ehtiyacı olan erməni əsilli vətəndaş Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) vasitəçiliyi və Azərbaycan dövlətinin nəzarəti altında Gorus-Xankəndi istiqamətində, “Laçın” sərhəd-buraxılış məntəqəsində sərhədi keçib. Bu barədə “Caliber” məlumat yayıb.

“Yaşlı bir erməni qadın pasport yoxlamasına getmək üçün BQXK-nın avtomobilindən düşəndə sərhədçimiz ona yumşaq bir şəkildə “Sən qal” deyərək, onu növbəsiz buraxacaqlarını bildiriblər. “Sağ olun, uşaqlar, sağ olun”, – deyən yaşlı qadın maşına qaytarıldıqdan sonra Azərbaycan tərəfinə təşəkkür edib”, – məlumatda bildirilib.

Ermənistan hakimiyyəti Xankəndidəki separatçıların aksiyasına münasibət bildirib. Hakim partiyanın deputatı, parlamentin xarici əlaqələr komissyasının rəhbəri Sarqis Xandanyan separatçılara “gedin Bakı ilə danışın” çağırışı edib.

Onun sözlərinə görə, Ermənistan beynəlxalq müstəvidəki görüşlərdə Qarabağ məsələsini qaldırır. “Bizim mövqeyimiz dəyişməyib: Qarabağdakı erməni əhalisinin hüquq və təhlükəsizliyinin təmin edilməsi məsələsində Bakı ilə dialoq lazımdır”, - Paşinyanın deputatı deyib.
TVMusavat-ın saat 16:00-da canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu Misra TV rəhbəri Fuad Abbasovla erməni-rus təxribatının səbəblərini müzakirə edir.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/TVmusavat

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat


Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR