Onlayn ictimai-siyasi qəzet
Argentinanın keçmiş birinci xanım Fabiola Yanes ölkənin sabiq prezidenti Alberto Fernandesi fiziki və psixoloji zorakılıqda ittiham edib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə TN telekanalı məlumat yayıb.
Bildirilib ki, Fernandesin ölkədən çıxışına qadağa qoyulub.
Telekanalın məlumatına görə, hakim Fernandesin Yanesə yaxınlaşmasını və onunla hər hansı əlaqə saxlamasını da qadağan edib.
Fernandes bu məsələ ilə bağlı “X” sosial şəbəkəsində açıqlama verib.
“Mediadan Fabiola Yanesin mənə qarşı iddiası ilə bağlı xəbər tutaraq demək istəyirəm ki, bu, yalandır və bunlar heç vaxt baş verməyib”, - o qeyd edib.
Argentinanın keçmiş lideri əlavə edib ki, o, məhkəməyə sübutlarını təqdim edəcək.
Qeyd edək ki, cütlük rəsmi nikahda olmasa da, 2022-ci ildə övladları dünyaya gəlib.
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ