İnsanlara hürriyət, millətlərə istiqlal!

TƏCİLİ! Xameneyinin iqamətgahı RAKETLƏ VURULDU

İranın ali lideri Ayətullah Əli Xameneinin Tehranda yerləşən iqamətgahlarından biri raket hücumuna məruz qalıb.

Musavat.com xəbər verir ki, hadisə barədə ilk məlumatlar “Clash Report” internet resursu tərəfindən yayılıb.

Hadisədən dərhal sonra şəhərin mərkəzində hava hücumundan müdafiə sistemləri işə salınıb. Səmada İsrailə məxsus olduğu ehtimal edilən pilotsuz uçuş aparatlarına qarşı yönələn zenit yaylım atəşinin izləri müşahidə olunur.

Hazırda hüquq-mühafizə orqanları paytaxtın müxtəlif hissələrində, xüsusilə də insanların sıx toplaşdığı yerlərdə təşviş və qarışıqlığın qarşısını almaq üçün ciddi təhlükəsizlik tədbirləri həyata keçirir. 

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR