İnsanlara hürriyət, millətlərə istiqlal!

“Xalq onu PREZİDENT görmək istəyir, çünki...” - Bilal Əliyev

“Prezident seçkilərinə hazırlaşıram. Mən Ulu Öndərin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan, Azərbaycanı bütün bəlalardan qurtaran, inkişaf etdirən, sağlam düşüncəsi olan İlham Əliyevə səs verəcəm”.

Bu fikirləri Musavat.com-a Xalq artisti Bilal Əliyev deyib.

Onun sözlərinə görə, xalq da İlham Əliyevi prezident görmək istəyir:

“Ulu Öndər əziyyətlə bu məmləkəti qurdu, yaratdı. Allaha şükr edək ki, özündən sonra elə davamçı qoydu, onu elə hazırladı ki, heç kim onun qarşısında dayana bilmir. Bəzi ölkələr Azərbaycana təzyiq göstərmək istəyir. Görürsünüz, cənab Prezident onların qarşısında necə dayanır, hamısının cavabını verir. Allah Prezidentimizi qorusun.

Ermənilər 30 il torpaqlarımızı işğalda saxlamışdılar. Dünyanın hegemon dövlətləri gedib onlara deyəydi ki, niyə Azərbaycanı 30 il zülm altında saxlayırsız, bu xalqa zülm edirsiz. Xocalıda soyqırım törətdilər.

Hamımız bir nəfərə kimi cənab Prezidentin ətrafında dəmir yumruq kimi birləşməliyik ki, heç kim bu dövlətə toxuna bilməsin. Heydər Əliyevin, İlham Əliyevin sayəsində Azərbaycan bu gün dünyanın ən gözəl ölkəsinə çevrilib. Biz bunu qiymətləndirməliyik. Bir nəfərə kimi sorğu-sualsız seçkilərə getməliyik. Hamı “İlhamla irəli!” deməlidir”.

Aytən Novruz
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR