Onlayn ictimai-siyasi qəzet
Musavat.com xəbər verir ki, Avropanın iki ölkəsi — Belçika və Lüksemburq Fələstin Dövlətini rəsmən tanıyıb.
Belçika Baş naziri Bart De Wever bu qərarı açıqlayarkən bildirib: “Dünyaya güclü siyasi və diplomatik siqnal veririk”.
Lüksemburq hökuməti də eyni addımı ataraq, Fələstinin müstəqilliyini tanıdığını bəyan edib. Qərar iki dövlətli həll yoluna dəstəyin göstəricisi kimi dəyərləndirilir və Avropada artan həmrəylik mövqeyinin bir hissəsi hesab olunur.
Musavat.com
23 Sentyabr 2025
22 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ