Onlayn ictimai-siyasi qəzet
Xalq artisti, aktyor, rejissor Ənvər Həsənov dəfn edilib.
Dəfn mərasimində ailə üzvləri, yaxınları, sənət dostları iştirak ediblər.
Mərhum Buzovna qəbiristanlığında həyat yoldaşının yanında dəfn olunub.
***
Xalq artisti Ənvər Həsənovla vida mərasimi keçirilib.
Mərasim Xalq artistinin Şüvəlan qəsəbəsində yerləşən evində təşkil edilib.
Mərhumla vida mərasimində ailə üzvləri, yaxınları, sənət dostları iştirak edirlər.
Qeyd edək ki, Ənvər Həsənov ötən gün uzun sürən xəstəlikdən sonra vəfat edib. O, vəsiyyətinə əsasən, Buzovna qəbiristanlığında həyat yoldaşının yanında dəfn olunacaq. (APA)
17 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ