İnsanlara hürriyət, millətlərə istiqlal!

Xalq artisti 61 yaşını Şuşada qeyd etdi - VİDEO

Xalq artisti Mələkxanım Eyubovanın ad günü olub.

Musavat.com axsam.az-a istinadən xəbər verir ki, 61 yaşı tamam olan xanəndə özəl gününü Şuşada qeyd edib. M.Eyubova aparıcı Lalə Azərtaşla birlikdə Şuşaya yollanıb.

"Doğum günüm münasibətilə məni təbrik edən hər kəsə çox təşəkkürümü bildirirəm. Mədəniyyət naziri Adil Kerimliyə və bütün nazirliyin əməkdaşkarına, "Xəzər TV"nin rəhbəri, əziz Murad Dadaşova, bütün sənət dostlarıma, məni sevənlərə, doğmalarıma,əziz izləyicilərimə çox təşəkkür edirəm. Hər zaman var olun. Mən isə bu doğum günümü sənət dostlarımla birlikdə doğma Qarabağımızda qeyd etdim. Bu gözəl hissi bizə yaşadan şəhidlərimizə Allah rəhmət eləsin. Qazilərimizə isə Allahdan can sağlığı arzulayıram" deyə, xanəndə paylaşımında söyləyib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR