Onlayn ictimai-siyasi qəzet
Xaçmaz rayonunda əkiz qardaşların meyitinin tapılmasının təfərrüatı məlum olub.
Yerli sakinlərin “Report”un Şimal bürosuna verdiyi məlumata görə, Bakı şəhər sakinləri - 1992-ci il təvəllüdlü İsgəndərov Orxan Mirzə oğlu rayonun Yalama qəsəbəsi, Meşəli kəndinə babasına məxsus mülkün ona aid olduğunu bildirib.
Daha sonra onun əkiz qardaşı Kamranla arasında əlbəyaxa dava düşüb. Bu zaman qardaşlardan biri bıçaqla digərinin başını kəsib, sonra özünə xəsarət yetirib. Nəticədə hər iki şəxs ölüb.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq istintaq edilir.
***
Xaçmazda əkiz qardaşların ölməsi faktı üzrə cinayət işi başlanılıb.
Bu barədə Musavat.com-a rayon prokurorluğundan məlumat verilib.
Bildirilib ki, iyulun 7-si saat 15 radələrində Xaçmaz rayonu, Yalama qəsəbəsi, Meşəli kəndində yerləşən evlərin birində 1992-ci il təvəllüdlü əkiz qardaşlar - Orxan və Kamran İsgəndərovun kəsilmiş-deşilmiş xəsarətlərdən ölmələri barədə rayon prokurorluğuna məlumat daxil olub.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq istintaq edilir.
***
Xaçmazda 31 yaşlı əkiz qardaşların meyiti aşkarlanıb.
Bu barədə Musavat.com-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, iyulun 7-si saat 15 radələrində rayonun Yalama qəsəbəsi, Meşəli kəndində evlərin birində 1992-ci il təvəllüdlü Kamran İsgəndərov və onun əkiz qardaşı Orxanın kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.
Cinayət hadisəsi ilə bağlı polis və prokurorluq əməkdaşları tərəfindən araşdırma aparılır.
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ