İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanlı iş adamı Yusif Xəlilovun həbs müddəti uzadıldı

Azərbaycanlı iş adamı Yusif Xəlilova qarşı seçilmiş həbs-qətimkan tədbirinin müddəti uzadılıb.

Musavat.com “Abireq” nəşrinə istinadən xəbər verir ki, məhkəmə məlumatına istinadən verdiyi xəbərə görə, Xəlilovun həbsi 13 oktyabrda uzadılıb və o, ən azı 15 dekabradək həbsdə qalacaq.

Məhkəmədən bildirilib ki, hazırda iş adamının işi ilə bağlı əlavə məlumat yoxdur.

“Sonra onunla bağlı nə baş verib? Bu barədə məlumatımız yoxdur,” – deyə məhkəmə nümayəndəsi qeyd edib.

Xatırladaq ki, bundan əvvəl Yusif Xəlilovun azadlığa buraxılması barədə məlumatlar yayılmışdı, lakin bu xəbərlər təsdiqini tapmayıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR