İnsanlara hürriyət, millətlərə istiqlal!

"Ermənistan-Türkiyə sərhədi açılarsa, 750–800 milyon dollar..." - Papoyan AÇIQLADI

Ermənistan–Türkiyə ticarət dövriyyəsi sərhədin açılması halında illik 750–800 milyon dollara çata bilər.

Musavat.com xəbər verir ki, bu barədə Ermənistanın iqtisadiyyat naziri Gevork Papoyan parlamentdə büdcə dinləmələrində bildirib.

Onun sözlərinə əsasən, hazırda iki ölkə arasındakı ticarət dövriyyəsi cəmi 330 milyon dollardan bir qədər çoxdur, lakin sərhədlər açılacağı təqdirdə bu rəqəm təxminən iki dəfədən çox artaraq 750–800 milyon dollara çata bilər.

Papoyanın sözlərinə görə, Ermənistan bir çox məhsulları - o cümlədən dərman preparatlarını, elektrik avadanlıqlarını və xammalı - Türkiyədən daha ucuz qiymətə idxal edə, eyni zamanda Türkiyəyə öz məhsullarını ixrac edə bilər.

Gevork Papoyan qeyd edib ki, ölkə Azərbaycanla münasibətlərin normallaşmasından sonra da oxşar iqtisadi fayda gözləyir. Onun fikrincə, Bakı və İrəvan xarici ticarətdə rəqabət aparmaq yox, bir-birini tamamlayan tərəfdaşlar kimi çıxış edə bilərlər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR