Onlayn ictimai-siyasi qəzet
“Sürücü avtobusu yolun ortasında saxlayıb siqaret çəkir. Halbuki hələ xəttin sonuncu dayanacağı deyil”.
Bu barədə “Qafqazinfo”ya 525 saylı marşrut xəttindən istifadə edən bir qrup sərnişin müraciət edib.
Bu haqda saytımıza video da göndərən şikayətçilər avtobus sürücüsünün dayanacaqda düşərək siqaret çəkdiyini bildiriblər. Həmin vaxt vətəndaşlar “99 LF 652” dövlət qeydiyyat nömrəli avtobusun içində gözləməli olublar.
Sərnişinlərin sözlərinə görə, bu kimi hallar avtobusun gecikməsinə, avtobuslararası intervalın uzanmasına və nəticədə vətəndaşların ünvana vaxtında çata bilməməsinə səbəb olur.
Qeyd edək ki, sözügedən marşrut Abşeron rayonunun Masazır qəsəbəsini “Memar Əcəmi” metrostansiyası ilə əlaqələndirir.
28 Oktyabr 2025
27 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ