Onlayn ictimai-siyasi qəzet
"Bəzi televiziya verilişlərində və ucuz reytinqə oynayan şoularda baş verən, dırnaqarası qalmaqallara fikir verməyin".
Bu sözləri dicey, aparıcı kazım sübhan sosial şəbəkədə yazıb. O, verilişlərdə olan qalmaqallarən saxta olmasından, aparıcı ilə müğənninin qəsdən reytinq üçün belə plan cızmasından bəhs edib:
"Onlar əvvəlcədən aparıcı və müğənni arasında, veriliş komandası ilə müğənnilər arasında razılaşdırılmış, sadəcə mətbauta düşmək və gündəm yaratmaq üçün qurulan oyunlardır. Bəzi müğənnilərə də səslənirəm: Özünüzə yazığınız gəlsin, bəzi aparıcıların və verilişlərin qurbanı olmayın. İcazə verməyin ki, sizdən istifadə etsinlər. Bəlkə də indi sizə lazım kimi görünə bilər, amma zaman gələcək bu ucuz reklamlara və şoulara görə peşman olacaqsınız. Qoymayın, sizdən belə istifadə etsinlər". (Axşam.az)

28 Oktyabr 2025
27 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ