İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistanda hərbi hissədə əsgər yaralanıb

Musavat.com xəbər verir ki, Ermənistan Müdafiə Nazirliyinin tabeçiliyində olan hərbi hissələrdən birində insident baş verib.

Hadisə iki gün əvvəl Sünik vilayətinin Kapan şəhərində qeydə alınıb. Nəticədə çağırışçı əsgər yaralanıb və dərhal hospitala aparılıb.

Müdafiə Nazirliyinin mətbuat xidməti faktı təsdiqləyərək bildirib ki, əsgər silahdan istifadə qaydalarının pozulması nəticəsində yüngül bədən xəsarətləri alıb. Onun həyatına və sağlamlığına təhlükə yoxdur, hazırda qarnizon hospitalında müalicə olunur.

Hadisə ilə bağlı araşdırma aparılır. 

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Oktyabr 2025

27 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR